AZ

Planlar reallaşmadıqda depressiya baş verə bilər

Psixoloq Elena İlyina Yeni il ərəfəsində depressiyanın yaranmasının əsas səbəblərini açıqlayıb. 

Redaktor.az xəbər verir ki, o, bu haqda aif.ru-ya danışıb.

İlyina bildirib ki, ən təhlükəli məqamlardan biri ilin yekunlarını qiymətləndirməkdir.

“Əgər ilin əvvəlində qoyduğumuz məqsədlərə çatmamışıqsa, bu, depressiyaya səbəb ola bilər. Xüsusilə məqsədlərinə sadiq olan insanlar üçün bu daha çətindir. Onlar niyə planlaşdırdıqlarını reallaşdıra bilmədiklərinə izah tapmaqda çətinlik çəkirlər. Bu düşüncələrə qapıla, özlərini və ya ətrafdakıları günahlandıra bilərlər”, - deyə həkim açıqlayıb.

Aytəkin TOFİQQIZI

Seçilən
79
1
redaktor.az

2Mənbələr