AZ

Sahibkarların müraciətləri dinlənilib

Bakı, 22 dekabr, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) vətəndaşlarla görüş keçirilib.

AZƏRTAC KOBİA-ya istinadla xəbər verir ki, görüş zamanı vətəndaşların sahibkarlıq fəaliyyətinə dair müraciətləri dinlənilib, ehtiyacları olan dəstək tədbirləri və qarşılaşdıqları məsələlərin həlli ilə bağlı müzakirələr aparılıb.

Vətəndaşlara sahibkarlıq fəaliyyəti ilə bağlı qanunvericiliyin tələbləri və dövlət dəstəyi mexanizmləri barədə məlumat verilib, sualları cavablandırılıb. Vətəndaşların diqqətinə çatdırılıb ki, görüşdə qaldırılan və araşdırma tələb edən məsələlərə agentliyin səlahiyyətləri çərçivəsində müvafiq qurumlarla birgə baxılacaq, həlli istiqamətində tədbirlər görülərək sahibkarlara bu barədə məlumat veriləcək.

Seçilən
82
1
azertag.az

2Mənbələr