BAKI, 22 dekabr. TELEQRAF
Səudiyyə Ərəbistanın “Əl-İttihad” klubunun ulduz futbolçusu Kərim Benzema məşhur ispan rəssamı Pablo Pikassonun “Saqqallı kişinin portreti” adlı tablosunu satın alıb.
Teleqraf-ın məlumatına görə, bu barədə 38 yaşlı fransız hücumçu sosial şəbəkə hesabında paylaşım edib.
“Evinə xoş gəldin”, — deyə, Benzema fotoya belə şərh yazıb.