AZ

“Qızıl buts”a əsas namizədlər açıqlandı


2025/2026-cı illər mövsümündə “Qızıl buts” mükafatına namizədlər siyahısına “Bavariya”nın hücumçusu Harri Keyn və “Mançester Siti”nin hücumçusu Erlinq Holan başçılıq edir.
Yeniavaz.com
xəbər verir ki, oyunçular milli çempionatlarında hərəyə 19 qol vuraraq, 38 xal toplayıblar.
“Real Madrid”in hücumçusu Kilian Mbappe isə 18 qolla onlardan iki xal (36 xal) geridədir.
Qeyd edək ki, “Qızıl buts” mükafatına namizədlər üçün xalların hesablanması bu sistemlə aparılır: oyunçunun liqada vurduğu ümumi qol sayı müvafiq liqa əmsalına vurulur. Reytinq cədvəlində ilk beş yeri tutan milli liqalarda vurulan qol iki xala, 6-cı yerdən 21-ci yerə qədər yeri tutan milli liqalarda vurulan qollar 1,5 xala, qalan yerləri tutan milli liqalarda vurulan qollar isə bir xala qiymətləndirilir.
Seçilən
52
1
yeniavaz.com

2Mənbələr