AZ

Hakerlər “Spotify”ın musiqi kataloqunu sındırıb

Bakı. Trend:

“Pirat-aktivistlər” adlandırılan haker qrupu İsveç–Lüksemburqmənşəli audio və media məzmununun strim xidməti olan “Spotify”ınmusiqi kataloqunu sındıraraq 86 milyon audiofayla çıxış əldəedib.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

“Bilboard” nəşrinin yazdığına görə, kibermüdaxilə zaman hasilolunan məlumatlar 256 milyon sətirlik trek metaməlumatlarını və 86milyon audiofaylı əhatə edir. Sözügedən materialların P2Pşəbəkələri vasitəsilə, təxminən 300 terabayt ümumi həcmə maliktorrentlər şəklində yayılması nəzərdə tutulur.

“İcazəsiz girişlə bağlı aparılan araşdırma göstərib ki, üçüncütərəf açıq şəkildə mövcud olan metadatanı köçürüb və DRM (Rəqəmsalhüquqların idarə edilməsi) sistemindən yan keçmək, həmçininplatformadakı bəzi audiofayllara çıxış əldə etmək üçün qeyri-qanuniüsullardan istifadə edib”, - “Spotify” bəyanatında deyilir.

Seçilən
96
3
az.trend.az

4Mənbələr