AZ

Şəbnəm Tovuzludan aparıcılara sərt mesaj

Şəbnəm Tovuzlu televiziya aparıcılarına çağırış edib.

"Cebheinfo.az" xəbər verir ki, müğənni “İzzətlə şou” proqramında TV_lərdə üzləşdiyi naqolay məqamlara toxunub.

O vurğulayıb ki, yaranan söz-söhbətlərin əsas səbəbi veriliş zamanı ona ünvanlanan gözlənilməz suallardır:

“İstəyirəm verilişlərə sənətimə görə dəvət alım. Tamaşaçı da məni oxuduğum mahnılarla görmək istəyir. Ancaq elə suallar verilir ki, onlara əvvəlcədən hazır olmuram. Həmin anda fikrimi düzgün ifadə edə bilmirəm və xoşagəlməz vəziyyət yaranır. Bu da sonda qalmaqalla nəticələnir”.

"Cebheinfo.az"

Seçilən
31
2
cebheinfo.az

3Mənbələr