AZ

Rusiyanın təhdid kimi istifadə etdiyi nüvə silahı olmasaydı, Yuqoslaviyanın və ya İraqın aqibətini yaşayacaqdı

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rusiya tarixində ilk dəfə olaraq ölkənin nüvə enerjisi ilə işləyən bütün buzqıran gəmiləri Arktika su yoluna - Şimal Dəniz Yoluna yerləşdirilib. Bunu Britaniya Kral Donanmasının zabiti Tomas Şarp The Telegraph üçün yazdığı köşədə açıqlayıb. HMS Endurance buzqıran gəmisinin keçmiş komandiri Şarp qeyd edib ki, Rusiya nüvə enerjisi ilə işləyən səkkiz buzqıran gəmisinin hamısını regiona yerləşdirib. Rusiyanın çətinliklərini nəzərə alsaq, bu, "təsirli" nəticədir.

“Ağ partiya” başqan müavini Əhəd Məmmədli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu addım əsas iqtisadi güc yox, silah gücü göstəricisidir: “Rusiya Amerikaya, Britaniyaya deyir ki, “mən ayaqdayam, Ukraynadan geri çəkilən deyiləm, sıxışdırsanız nüvə silahına əl atacam. Bu hədə qorxudur. Rusiyanı bu günə qədər ayaqda saxlayan nə onun ərazisi, nə əhalisi, nə də iqtisadiyyatı deyil. Rusiyanı ayaqda saxlayan onun atom bombası, nüvə silahıdır. Rusiyanın atom bombası olmasaydı, Yuqoslaviyanın və ya İraqın aqibətini yaşayacaqdı. Onu ayaqda saxlayan nüvə silahıdır, indi də onun hesabına ayaqdadır və hədə qorxu gəlir”.

Əhəd Məmmədli

Əhəd Məmmədlinin fikrincə, bu silahın varlığı gücün göstəricisidir. Politoloq hesab edir ki, Rusiya bu gücü əsasən Britaniya və Amerikaya - anqlosaks dünyasına göstərir: “Rusiya bilir ki, Ukrayna ən çox dəstək verən anqlosakslardır, Avropada da məhz Britaniyadır. Amerika silahla, Britaniya pulla, Avropa siyasi dəstəklə Ukraynanın yanındadır. Rusiya da bunlara dişini göstərir ki, son anda son addımı ata bilər. Rusiya bunu ancaq ona qarşı zərbələr olarsa və yaxud Ukraynada məğlub durumuna düşərsə, edə bilər. Rusiya atom bombasını indi atmaz., Ukraynaya görə ümumiyyətlə heç kəsə atmaz. Ukraynada hələlik Rusiya məğlub deyil. Rusiyanın döyüş meydanında əldə etdiyi qələbə var demək olar, amma pir qələbədir. Belə qələbə məğlub olmaqdan daha yaxşıdır. Belə bir vəziyyət yaranıb. Yəni status-kvo yaranıb. Pir qələbə də tam deyil. Çünki Ukrayna hələ təslim olunur, müqavimət göstərir”-deyə Əhəd Məmmədli qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
77
bizimyol.info

1Mənbələr