AZ

Vətəndaşların NƏZƏRİNƏ: Toyuq məhsulları alarkən DİQQƏTLİ OLUN

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Xəbərdarlıq edilən toyuq məhsullarında infeksiya riski və qida təhlükəsizliyi pozuntuları əsasən bir neçə amillə bağlıdır. Birinci və əsas risk qida təhlükəsizliyi qaydalarının pozulmasından qaynaqlanır. Toyuqların qeyri-sanitar şəraitdə kəsilməsi, saxlanma və daşınma zamanı temperatur rejiminə əməl olunmaması, çirkli alətlərdən istifadə edilməsi, eləcə də işçi heyətinin gigiyena qaydalarına riayət etməməsi məhsulun təhlükəli hala düşməsinə səbəb olur. Belə hallarda dövriyyəyə qeyri-sağlam şəraitdə kəsilmiş və saxlanılmış toyuq məhsulları buraxılır".Bunu Demokrat.az-a açıqlamasında qida eksperti İlkin Şirinov deyib.O, bildirib ki, digər mühüm məsələ saxlanma müddəti və temperatur rejimidir:"Əgər məhsul üzərində göstərilən temperatur şəraitinə əməl olunmursa və saxlanma müddəti normanı aşırsa, bu zaman bakteriyaların, xüsusilə E.coli və salmonella kimi təhlükəli mikroorqanizmlərin çoxalması baş verir. Bu isə birbaşa insan sağlamlığı üçün ciddi risk yaradır".Ekspert bildirib ki, baytarlıq nəzarətindən keçməyən toyuq məhsullarının satışı da təhlükə mənbəyidir:"Qeyri-qanuni kəsim, saatlarla uyğun olmayan şəraitdə daşınma, kəsimdən saxlanmaya qədər olan mərhələdə 0–4 dərəcə temperatur rejiminə əməl edilməməsi məhsulun istifadəyə yararsız hala düşməsinə gətirib çıxarır. Eyni zamanda ev şəraitində saxlanma zamanı da diqqətli olmaq vacibdir. Çiy toyuq mütləq şəkildə bişmiş qidalardan ayrı saxlanmalı, çiy toyuqla təmasda olan bıçaq, lövhə və digər mətbəx alətləri sonradan başqa qidalarda istifadə edilməməlidir. Əks halda çarpaz çirklənmə baş verə bilər".Onun sözlərinə görə, istehlakçılar xarab və istifadəyə yararsız toyuğu bir neçə əlamətə görə ayırd edə bilərlər:"Düzgün temperaturda saxlanılmayan toyuğun səthində yapışqanlıq yaranır, turş və xoşagəlməz qoxu hiss olunur, rəngində isə tündləşmə müşahidə edilir. Bu əlamətlər təzə məhsullarda olmur. Toyuq kəsimi yalnız rəsmi, sanitar-gigiyenik tələblərə cavab verən müəssisələrdə və baytarlıq nəzarəti altında həyata keçirilməlidir. Baytarlıq nəzarəti olmadan, markalanması aparılmadan satışa çıxarılan toyuq məhsulları qanun pozuntusu hesab olunur və ciddi məsuliyyət yaradır".Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
72
demokrat.az

1Mənbələr