AZ

Ahıllar üçün günərzi qayğı mərkəzində benefisiarın 90 yaşı qeyd olunub

Bakı, 22 dekabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sifarişi ilə Bakı şəhərində ahıllar üçün yaradılmış günərzi qayğı mərkəzində xidmət göstərilən Xavər Nuriyevanın 90 yaşı qeyd edilib.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, mərasimdə günərzi qayğı mərkəzinin benefisiarları, agentliyin əməkdaşları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Onlar Xavər Nuriyevanı təbrik edərək, xoş arzularını çatdırıblar.

Qeyd edək ki, agentliyin sosial sifarişləri çərçivəsində ölkəmizin 5 şəhər və rayonunda (Bakı, Gəncə, Sumqayıt, Qazax, Xaçmaz) ahıllar üçün günərzi qayğı mərkəzləri fəaliyyət göstərir. Həmin mərkəzlərdə tənha ahılların asudə vaxtlarının səmərəli təşkili, aktiv həyat tərzinin təşviqi, onların özünəxidmət bacarıqlarının artırılması, maarifləndirilməsi və digər istiqamətlərdə xidmətlər göstərilir. Ahıllar müxtəlif dərnəklərə və sosial-mədəni tədbirlərə cəlb edilirlər. Layihə çərçivəsində ümumilikdə 150 ahıla sosial xidmət göstərilir.

 

Seçilən
86
azertag.az

1Mənbələr