AZ

Mançester Universitetində Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub

Bakı, 22 dekabr, AZƏRTAC

Mançester Universitetində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunan tədbir təşkil edilib. Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Mançester Universitetində fəaliyyət göstərən Azərbaycan Tələbə Cəmiyyətinin təşəbbüsü ilə baş tutub.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Mançester Universitetində fəaliyyət göstərən Azərbaycan Tələbə Cəmiyyətinin rəhbəri Mirsaleh Məmmədov Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi əhəmiyyətindən, xaricdə yaşayan soydaşlarımızın milli kimliyinin qorunması və birliyinin möhkəmləndirilməsindəki xüsusi rolundan danışıb.

Tədbirdə iştirak edən xarici tələbələrə Azərbaycan tarixi, mədəniyyəti və milli adət-ənənələri haqqında məlumat verilib.

 

Seçilən
84
azertag.az

1Mənbələr