AZ

Putin Paşinyanı sərhədləri açmaq üçün müzakirəyə dəvət edir

Reyting.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Logistika məsələlərini müzakirə etmək üçün fürsət var”.

Reyting.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bu gün Sankt-Peterburqda keçirilən qeyri-rəsmi MDB sammitində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə deyib.

“Sonuncu görüşümüzdə siz birlikdə işləyə biləcəyimiz müxtəlif məsələləri, o cümlədən köhnə marşrutların bərpasını və Ermənistan sərhədlərini açmaq üçün yeni marşrutların yaradılması məsələsini qaldırdınız”, - deyə Putin əlavə edib.

Rusiya prezidentinin sözlərinə görə, komandaları bütün cəbhələrdə çox çalışıblar. O, Rusiya və Ermənistanın əla sənədlər hazırladığını da ifadə edib.

Putin bildirib ki, hər şey imzalanıb, hər şey irəliləyir.

E. KAMAL

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
54
reyting.az

1Mənbələr