AZ

Cəlilabadda avtomobil yolu keçən qadını vurub

Cəlilabadda nəqliyyat vasitəsi qadını vurub.

NOCOMMENT.az cənub bürosunun verdiyi xəbərə görə, hadisə Cəlilabad rayonunun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Ford Transit” markalı nəqliyyat vasitəsi yolu əks tərəfə keçmək istəyən qadını vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadın rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.

Hazırda piyadanın şəxsiyyəti və hadisənin baş vermə səbəbləri araşdırılır.

Faktla bağlı araşdırma davam etdirilir.

Seçilən
44
nocomment.az

1Mənbələr