ain.az, Demokrat.az saytına istinadən bildirir.
"Anlaşılmazlıq yaradan məsələ ondan ibarətdir ki, bərbərxana, gözəllik salonu və bu tip obyektlərin bir çoxu ƏDV ödəyicisi deyil. Yəni, ƏDV ödəyicisi olmayan gözəllik salonları və bərbərxanalar “ƏDV-ni geri al” kampaniyasına qoşula bilməz".Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.O, bildirib ki, gözəllik salonuna və ya bərbərxanaya gedərkən verilən çeklərdə ƏDV əks olunmur, çünki bu obyektlər ƏDV hesablamırlar:"Kampaniya əsasən böyük salonlara və iri işlətmələrə, yəni ƏDV ödəyicisi olan müəssisələrə aiddir. Əgər müəssisə ƏDV ödəyicisidirsə və qiymətlərinə müəyyən təsir edə biləcək bu kampaniyadan istifadə edilirsə, vətəndaş aldığı məhsulun və ya xidmətin ƏDV-sini geri ala bilir. Bu, əslində müsbət haldır və qiymət artımına səbəb olmur. Qısacası, kampaniya müəssisələr üçün əlavə yük yaratmır, əksinə, istehlakçıya fayda verir".Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.