AZ

"Mançester Yunayted" geri addım atdı

style='margin-bottom:10px;'>

"Mançester Yunayted" yarımmüdafiəçisi Kobbi Meynu ilə bağlı qərarını dəyişib.

QOL.az "Sky Sports"a istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi gənc futbolçunu qış transfer pəncərəsində komandadan göndərmək fikrindən daşınıb.

Məlumata görə, buna səbəb komandanın kapitanı Bruno Fernandeşin zədələnməsidir. Portuqaliyalı yarımmüdafiəçi Premyer Liqanın 17-ci turunda "Aston Villa" ilə oyunun (1:2) fasiləsində əvəzlənib. O, ilk hissədə aldığı zərbədən sonra yaranan narahatlıq səbəbindən qarşılaşmanı davam etdirə bilməyib.

Bildirilir ki, futbolçunun sıradan çıxması fonunda klub rəhbərliyi Kobbi Meynunu icarəyə vermək və ya satmaq niyyətində deyil.

Seçilən
50
teleqraf.com

1Mənbələr