AZ

Azərbaycanda insanları öldürən iki “qatil”

Son günlər dəm qazından zəhərlənmə və yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayında kəskin artım müşahidə olunur. Qazdan ehtiyatlı olmaqla bağlı mütəmadi çağırışlar edilir, nəzarət və yoxlamalar aparılır, həmçinin yollarda radarlar quraşdırılır, cərimələr artırılır, sürət hədləri azaldılır. Buna baxmayaraq, faciələrin qarşısını tam almaq mümkün olmur.

Bu problemlər necə həll edilməlidir?

Publika.az xəbər verir ki, bu barədə Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı yol-nəqliyyat hadisələri ilə bağlı əsas narahatlıq doğuran məqamın piyadaların iştirakı ilə baş verən qəzaların çoxluğu olduğunu deyib.

“Rayon yollarında da yol-nəqliyyat hadisələrinin sayında artım müşahidə olunur və bunun əsas səbəbi sürət həddinin aşılmasıdır. Sürət nə qədər yüksək olarsa, qəzanın nəticələri də bir o qədər ağır olur. Dünyanın istənilən yerində qəza baş verə bilər. Lakin aşağı sürət zamanı bu qəzalar adətən yüngül xəsarətlərlə və ya maddi zərərlə nəticələnir. Təəssüf ki, ölkəmizdə sürücülər arasında sürətə maraq həddindən artıq yüksəkdir. Ona görə hətta kiçik qəzalar belə ölüm və ya ağır xəsarətlərə yol açır. Düşünürəm ki, sürət məsələsi ilə bağlı ciddi və qəti addımlar atılmalıdır”.

Ekspertin fikrincə, sürətə nəzarət daha effektiv mexanizmlərlə həyata keçirilməlidir:

Seçilən
69
publika.az

1Mənbələr