AZ

Afrika futbolunda inqilabi qərar: Turnir 4 ildənbir keçiriləcək?

Afrika Futbol Konfederasiyasının (CAF) prezidenti Patris Motsepe klubları sevindirəcək yeni qərarı açıqlayıb.

Fanat.Az xəbər verir ki, 2027 və 2028-ci il turnirlərindən sonra Afrika Millətlər Kuboku artıq hər 2 ildən bir deyil, 4 ildənbir təşkil olunacaq.

Bu qərar xüsusilə heyətində afrikalı futbolçular olan Avropa klublarının mövsüm ortasında yaşadıqları kadr problemlərini əhəmiyyətli dərəcədə azaldacaq.

Beləliklə, beynəlxalq turnirlər təqvimində edilən bu dəyişiklik futbolçuların fiziki yüklənməsini azaltmağa və klubların maraqlarını qorumağa xidmət edəcək.

Kamil Xudiyev

Seçilən
66
1
fanat.az

2Mənbələr