AZ

Mənzillərə qaz cihazlarını yalnız sertifikatlı ustalar quraşdırmalıdır AÇIQLAMA

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Xətai rayonunda baş verən dəm qazı ilə zəhərlənmə hadisəsi cəmiyyət üçün ciddi xəbərdarlıqdır. Hadisə nəticəsində bacı-qardaş ölüb. Bu hadisə göstərir ki, qaz cihazlarından düzgün istifadə olunmadıqda və ventilyasiya sistemi kifayət qədər yaxşı işləmədikdə həyat üçün böyük təhlükə yaranır”. Bunu Demokrat.az-a açıqlamsında ictimai təhlükəsizlik məsələləri üzrə ekspert Seymur Əliyev  deyib.O qeyd edib ki, dəm qazı görünməz və iy vermədiyi üçün insanlar onun təsirini vaxtında hiss edə bilmirlər və bu ölümcül nəticələrə səbəb ola bilər:“Hər bir mənzil sahibi qaz cihazlarını yalnız sertifikatlı ustalara quraşdırmalı, ventilyasiyanı daim açıq saxlamalı və qaz detektorlarından istifadə etməlidir. Mənzildə qaz cihazlarının işləməsini yoxlamaq və hər hansı sızıntı zamanı dərhal tədbir görmək həyati əhəmiyyət kəsb edir. Dövlət və media qurumları tərəfindən bu mövzuda maarifləndirici kampaniyaların aparılması da çox vacibdir. İnsanlar qaz təhlükəsizliyi, təhlükəli vəziyyətlərin erkən aşkarlanması və təcili yardım çağırışları barədə məlumatlı olmalıdır. Bu hadisə cəmiyyət üçün öyüd-nəsihət rolunu oynayır. Təhlükəsizlik qaydalarına riayət etmək hər birimizin həyatını qoruyur və ailələrimizin təhlükəsizliyini təmin edir. Bu, sadə qaydalara əməl etməyin nə qədər vacib olduğunu bir daha göstərir”.Leyla Turan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
30
demokrat.az

1Mənbələr