AZ

ABŞ Qəzzanın bərpasına maliyyə ayırmaq fikrində deyil

ABŞ hökumətinin Qəzza zolağının yenidən qurulması üçün qrant və ya zəmanət vermək niyyəti yoxdur. Dövlət Departamentinin məlumatına görə, söhbət 60 milyard dollaradan gedir.

Bu, Vaşinqtonun Fələstin anklavındakı infrastruktur layihələrinə əhəmiyyətli vəsait ayırmağa hazır olduğu barədə mediada yayılan məlumatlara cavabıdır: “Bu, saxta xəbərdir. Planda ABŞ-ın 60 milyard dollar ödəyəcəyi heç bir yerdə qeyd olunmayıb”, – Dövlət Departamenti bildirib.

Daha əvvəl “The Wall Street Journal” qəzeti ABŞ hökumətinin Qəzzanın yenidən qurulması üçün 60 milyard dollar qrant dəstəyi verməyə hazır olduğunu iddia edən bir məqalə dərc etmişdi. Həmçinin iddia edilirdi ki, ABŞ Prezidentinin elçisi Stiv Vitkov və Trampın kürəkəni Cared Kuşnerin Qəzzada “parlaq metropolis” yaratmaq üçün 100 milyard dollardan çox vəsait toplamağı hədəfləyən “Layihə Şəfəqi” adlı planın müəllifləridir. Lakin layihədə hansı ölkələrin və şirkətlərin iştirak edəcəyi barədə hələlik məlumat yoxdur.

//Samir Qurbanov, Editor.az

Seçilən
30
editor.az

1Mənbələr