Misli Premyer Liqasında bu gün ilin son oyunu keçirilir.
QOL.az xəbər verir ki, 16-cı turun 4-cü günündə 1 matç nəzərdə tutulub.
Belə ki, "Sumqayıt" evdə "Sabah"ı qəbul edir. Bu komandalar arasında 1-ci dövrənin matçı 1:1 hesabı ilə yekunlaşıb.
Hazırda turnir cədvəlində "Sabah" 34 xalla 2-ci, "Sumqayıt" isə 27 xalla 4-cüdür. Əgər paytaxt klubu "gənclik şəhəri" təmsilçisinə qalib gəlsə, fasiləyə lider kimi yollanacaq.
22 dekabr (bazar ertəsi)
19:30. “Sumqayıt” – “Sabah” - 0:3 (İkinci hissə)
Qol: Velko Simiç, 26, 50, Keffel Resende, 60-avtoqol
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Rəvan Həmzəzadə
VAR: İnqilab Məmmədov
AVAR: Kamran Bayramov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
19 dekabr (cümə)
“Kəpəz” - “Turan Tovuz” - 0:2
20 dekabr (şənbə)
“Karvan-Yevlax” - “Neftçi” - 1:2
“Zirə” – “İmişli” - 0:0
21 dekabr (bazar)
“Qəbələ” – “Qarabağ” - 1:2
“Araz-Naxçıvan” – “Şamaxı” - 2:0

Bombardirlər:
Coy-Lens Mikels (“Sabah”) - 9 qol
Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 7 qol
Toral Bayramov (“Qarabağ”) - 7 qol
Bassalu Sambu ("Neftçi") - 6 qol
Karim Rossi ("Şamaxı") - 6 qol