Bu gün 22-si qadın və 3-ü azyaşlı olmaqla 50 nəfərdən çox məhbus azadlığa çıxıb.
Xezerxeber.az xəbər verir ki, amnistiya aktının icrasına Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsindən başlanılıb. Buradan 22 qadın azadlığa buraxılıb ki, onlardan ikisi azyaşlı övladı ilə olub. Eləcə də məhkumlardan biri Konqo vətəndaşıdır.
4 sayılıdan görüntülər (uşaqların üzü bağlansın ya da verilmesin. anasının da!)
Bakı İstintaq Təcridxanasından bu gün 12 nəfər sərbəst buraxılıb. Yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulan penitensiar müəssisədən isə bu gün 3 nəfər azadlığa buraxılıb.
Ombudsman Səbinə Əliyeva bildirib ki, amnistiyanın icrası cəza siyasətində humanizm və mərhəmət prinsiplərini əks etdirir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.