Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.
"Yeni Sabah" "Report"a istinadən xəbər verir ki, hadisə Novxanı-Pirşağı yolunda qeydə alınıb.
İlkin məlumata görə, A.Rzayevanın idarə etdiyi "Nissan" markalı avtomobil digər nəqliyyat vasitəsinə toqquşub. Nəticədə, hakim hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız