AZ

Vladimir Putin İmamoli Raxmona başsağlığı verdi

Rusiya Prezidenti Vladimir Putin Tacikistan Prezidenti Emomoli Rəhmonla görüşərkən, Moskva vilayətinin Odintsovo şəhərindəki məktəbdə baş verən hücumda Tacikistan əsilli bir oğlanın ölümünə görə başsağlığı verib: “İkitərəfli görüşümüzə sizə və bir neçə gün əvvəl vəfat edən Tacikistandan olan oğlanın ailəsinə səmimi başsağlığı sözləri ilə başlamaq istərdim”, – deyə prezident Sankt-Peterburqda keçirilən görüşün əvvəlində bildirib.

“Uşaqlara qarşı terror hücumları törətmək xüsusilə dəhşətli cinayətdir və şübhəsiz ki, istintaq başa çatacaq və onlar mütləq tam cəzalandırılacaqlar”, – deyə Rusiya Prezidenti əmin edib.

Xatırladaq ki, 16 dekabrda doqquzuncu sinif şagirdi məktəbə bıçaqla girib, mühafizəçini yaralayıb və sonra dördüncü sinif şagirdini öldürüb. Daha sonra hücum edən şəxs sinif otaqlarından birində özünü barrikada edib. Xüsusi təyinatlılar onu hücum etmədən təslim olmağa inandırıblar. Tacikistan Xarici İşlər Nazirliyi hücumun etnik nifrət zəminində baş verdiyini bildirib. Rusiya Xarici İşlər Nazirliyi uşağın ölümü ilə bağlı başsağlığı verib.

//Samir Qurbanov, Editor.az

Seçilən
102
editor.az

1Mənbələr