Aramızda gözəl insani xüsusiyyətlərini qoruyan, borcu olmayan, daim xeyirxahlıq əməlləri ilə tanınan biznesmənlər çox azdır. Bəlkə, özlərini tanıtmaqdan çəkindiklərinə, təvazökarlıqlarından onları tanıyan azdır.
Bu gün də özünün razılığını almadan, bəlkə də, böyük etirazına səbəb olacaq hazırladığımız yazını dərc etməkdən çəkinə bilmədik.
Dilbar Məmmədəli oğlu Əkbərov ömrünün 60 ilini başa vurdu.
O, cavanlığından bir az tənbəl, bir az əsəbi, emosional düzgünlüyə həssas, düzgün olmayanlarla davakar, amma qeyri-rəsmi işlərdə də olsa da, hazırda yüzlərlə insanın xeyirxahlıq bəhrəsini gördüyü, hər bir kəsin onun diqqətindən kənarda qalmadığı, bütün əziyyətləri öz canından əsirgəməyən Hacı Dilbardir.
Sərtliyi, düzgünlüyü, səmimiliyi, xeyirxahlığı onun bənzərsiz insanlıq simasını əks etdirməklə yanaşı, onu tanıyan hər bir kəsin məhəbbətini qazanmışdır.
Təəssüf ki, aramızda bu kimi insanlar çox azdır, bəlkə də yoxdur.
Çünki Dilbar Əkbərov qarşısına çıxan hər bir insanı başa düşməyə və ona insanlığın təkamül zirvəsini anlatmağa çalışır.
Bunu rəsmi dildə, kitab dilində deyil, adi savadsız insanların belə anladığı, səmimi anlayışla başa salır və bundan yorulduğu bir an belə olmur.
Onun ailəsinin, övladlarının da bu tərbiyənin təkamülündən faydalanması onları hamının sevimlisinə çevirmişdir.
Çox istərdik ki, bu kimi insanlar çox yaşasın, onların xeyirxah əməlləri heç vaxt unudulmasın. Hacı Dilbar də həmçinin. İnşəAllah!
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta