AZ

Vergi məcəlləsində yanvarın 1-dən hansı dəyişikliklər olacaq?VİDEO

Gələn ildən sahibkarlara vergi güzəştləri tətbiq olunacaq… Belə ki, dövriyyə limiti 2 dəfə artırılır.. Bəs bu, qiymətlərə təsir edə bilərmi?...

Xezerxeber.az xəbər verir ki, Vergi Məcəlləsində yanvarın 1-dən qüvvəyə minəcəyi gözlənilən dəyişikliklərə əsasən, pərakəndə ticarət və əhaliyə xidmət sahələrində nağdsız dövriyyə üzrə "ƏDV" qeydiyyat limiti artırılacaq.

Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, sözügedən güzəştlər sahibkarlar üçün yeni fürsətlər də yaradacaq.

Eyni zamanda yanvar ayından etibarən həm də pos-terminallar vasitəsilə ödənişlərdə də sadələşmiş vergi dərəcəsi üzrə endirimlər nəzərdə tutulub. Əhaliyə göstərilən xidmətlər üzrə faiz 3 il müddətinə 8 yox, 6 faiz ilə hesablanacaq. Beləliklə, pərakəndə ticarət və əhaliyə xidmət sektorunda tətbiq edilən yeni güzəştlər sahibkarların xərclərini azaldacaq. Millət vəkilinin fikrincə, bu, sahibkarların qiymət azalmalarına getmələri üçün də iqtisadi əsas yaradır.

Vüqar Bayramov onu da bildirib ki, vergi ödəyicisinin pərakəndə ticarət və xidmətlər üzrə POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsi 0.5 əmsal tətbiq edilməklə nəzərə alınacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
18
xezerxeber.az

1Mənbələr