“Barselona” müdafiə xəttini gücləndirmək üçün “Mançester Siti”nin xorvatiyalı futbolçusu Yoşko Qvardiolu transfer siyahısına əlavə edib.
İdmanxeber.az-ın məlumatına görə, 23 yaşlı müdafiəçi kataloniyalıların əsas hədəflərindən biridir.
Klub rəhbərliyi Qvardiolun universallığının müdafiədəki boşluqları aradan qaldıracağına inanır.
Xorvat futbolçu cari mövsüm 13 oyunda 2 qol və 1 asistlə yadda qalıb.