İstanbulda tanınmış şəxslər və sosial media fenomenlərinə qarşı aparılan narkotiklərlə bağlı istintaq çərçivəsində “Qalatasaray”ın baş məşqçisi Okan Burukun ifadə vermək üçün prokurorluğa çağırılması ilə bağlı iddialar sosial şəbəkələrdə yer alıb.
Ölkə.az xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğundakı mənbələr hazırkı mərhələdə bu məlumatın həqiqətə uyğun olmadığını bildiriblər.
Məlumata görə, İstanbul Respublika Baş Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlər üzrə İstintaq Bürosu tərəfindən tanınmış şəxslərlə bağlı başladılan narkotik istintaqı davam edir.
Lakin istintaqın bu mərhələsində Okan Burukun prokurorluğa çağırılması ilə bağlı iddialar təsdiqini tapmayıb.(musavat)