AZ

"Hücumçuya ehtiyacımız var, tapmaq da çətindir" - "Sumqayıt"ın məşqçisi

style='margin-bottom:10px;'>

Misli Premyer Liqasında 16-cı turun son oyununda "Sumqayıt" və "Sabah" komandaları üz-üzə gəlib. Matç paytaxt təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb

QOL.az xəbər verir ki, "Sumqayıt"ın məşqçisi Veliçko Kaplanoviç matçdan sonra oyun barədə fikirlərini bölüşüb.

Mütəxəssis rəqibi təbrik edərək onların layiqli qələbə qazandıqlarını və səhvləri bağışlamadıqlarını bildirib. O, ikinci hissədə vəziyyəti düzəltməyə çalışsalar da, belə rəqiblərə qarşı 90 dəqiqə yüksək səviyyədə oynamağın vacibliyini vurğulayıb.

Kaplanoviç komandada "Sabah"ın "Qarabağ" üzərindəki qələbəsindən qaynaqlanan çəkingənlik olması fikri ilə razılaşmayıb. O, buraxılan qolları daha çox sadə səhvlərlə əlaqələndirib: 

"İlk qolda səhvimiz var idi. İkinci qol rəqibin gözəl ötürməsindən sonra vurulsa da, ümumilikdə buraxdığımız ikinci və üçüncü qollar çox sadə idi. Gərək belə qollar buraxmayaydıq".

Məşqçi Yankoviçin heyətdəki qeyri-sabit yerini (gah ehtiyatda, gah əsas heyətdə olması) onun hələ tam formaya düşməməsi ilə izah edib və oyunçunun durumunu yaxşılaşdırmaq üçün çalışdıqlarını qeyd edib.

Qış transfer pəncərəsi ilə bağlı planlara toxunan mütəxəssis, hücum xəttindəki problemləri və transfer çətinliklərini belə ifadə edib:

"Hücumçuya ehtiyacımız var, rəhbərliyə istəyimizi çatdırmışıq. Amma indiki məqamda, qısa zamanda yaxşı hücumçu tapmaq çətindir".

Seçilən
12
1
teleqraf.com

2Mənbələr