ain.az, Axsham.az portalına istinadən məlumat verir.
ABŞ-ın Vaşinqton şəhərində bir sentlik sikkənin ("penni") rəmzi dəfn mərasimi keçirilib.
Axşam.az xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.
Mərasim Linkoln memorialının qarşısında təşkil olunub. Tədbirin təşəbbüskarı maliyyə idarəetmə platforması olan "Ramp" olub.
Mərasim zamanı penni üçün qurulmuş tabutun yanında aktyorlar çıxış ediblər. Onlardan biri sikkənin üz tərəfində təsviri olan ABŞ-ın 16-cı prezidenti Avraam Linkoln obrazında olub. Həmçinin onun həyat yoldaşı Meri Todd Linkoln, Linkolnun qatili Con Uilks But, eləcə də sabiq prezidentlər Corc Vaşinqton və Tomas Cefferson obrazları da canlandırılıb.
Qeyd edək ki, penni ABŞ-da 1792-ci ildə Sikkə Zərbxanasının yaradılmasından qısa müddət sonra istehsal olunmağa başlayıb. ABŞ Maliyyə Nazirliyi 2025-ci il 12 noyabr tarixində bu sikkənin dövriyyəyə buraxılmasını dayandırıb. Bundan əvvəl ABŞ prezidenti Donald Tramp penninin iqtisadi cəhətdən səmərəsiz olduğunu bildirmişdi.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.