AZ

Növbəti dəfə “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib

Vətəndaşların fəal iştirakı ilə seçilən “Tullantıları hədiyyələrə dəyiş” ekoloji festivalı növbəti dəfə uğurla təşkil olunub.


Əhalinin tullantıların düzgün idarə olunması ilə bağlı məlumatlandırılması, çeşidləmə vərdişlərinin təşviqi və ekoloji məsuliyyətli davranışın formalaşdırılması məqsədilə 20 dekabr tarixində ilin sonuncu “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Nizami Rayon İcra Hakimiyyətinin, “Bakı Metropoliteni” QSC-nin, “Azərsun Holdinq”in, “Araz” supermarketlər şəbəkəsinin, “EcoHub” İctimai Birliyinin və “Yağmur-2” MMC-nin dəstəyi ilə baş tutan tədbir Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi 5 ünvanında təşkil olunub.
Festival vətəndaşların yüksək fəallığı ilə yadda qalıb. Tədbirdə iştirak edənlərin əhəmiyyətli hissəsinin aksiyaya artıq bir neçə dəfə qatılması layihənin ictimaiyyət tərəfindən maraqla qarşılandığını və davamlı ekoloji təşəbbüsə çevrildiyini bir daha təsdiqləyib. Aksiya böyükdən kiçiyə hər kəsin — uşaqların, gənclərin, ailələrin və yaşlı nəslin nümayəndələrinin aktiv iştirakı ilə müşayiət olunub.
Tədbir çərçivəsində iştirakçılar ümumi həcmi 6585 litr olan plastik butulka, 562 litr şüşə tullantı və 1026 ədəd işlənmiş batareya təhvil verərək müxtəlif hədiyyələr əldə ediblər.
Festival zamanı tullantıların təkrar emalı və ətraf mühitin mühafizəsinin əhəmiyyəti ilə bağlı maarifləndirici məlumatlar təqdim olunub, interaktiv fəaliyyətlər və ekoloji təşəbbüslər isə tədbirə xüsusi maraq və rəng qatıb.
Seçilən
63
ekologiya.az

1Mənbələr