AZ

Xanımına 727 milyonluq təyyarə aldı – FOTO

İş dünyasının tanınmış simalarından Süreyya Yalçın 10-cu evlilik ildönümündə diqqətçəkən bir hədiyyə alıb.

KONKRET.az milli.az-a istinadən xəbər verir ki, əri Ozan Baran Yalçına təxminən 727 milyon TL dəyərində şəxsi təyyarə hədiyyə edib.

“Sabah” qəzetinin məlumatına görə, 10 il əvvəl evlənərək ABŞ-də məskunlaşan cütlük yubileylərini ötən gün İstanbulda 60 qonağın iştirak etdiyi xüsusi bir tədbirlə qeyd edib. Şənlikdən sonra Ozan Baranın həyat yoldaşına verdiyi hədiyyənin şəxsi təyyarə olduğu məlum olub.

ABŞ-də yaşadığı müddətdə Türkiyəni və ailəsini çox darıxdığını tez-tez dilə gətirən Süreyya Yalçının bundan sonra Türkiyəyə şəxsi təyyarə ilə gedib-gələcəyi bildirilib. Hədiyyə həm dəyəri, həm də simvolik mənası ilə sosial mediada da geniş müzakirələrə səbəb olub.

 

Seçilən
54
2
konkret.az

3Mənbələr