AZ

Zelenski etiraf etdi: Ərazi Rusiyanın nəzarətinə keçdi, əsgərlərimiz əsir düşüb

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski Sumı bölgəsinin Qrabivskə kəndində bir qrup Ukrayna əsgərinin Rusiya qüvvələri tərəfindən əsir götürüldüyünü açıqlayıb.

Globalinfo.az xəbər verir ki, o, kəndin bəzi hissələrinin Ukrayna, bəzi hissələrinin isə Rusiya nəzarətində olduğunu bildirib. Təxliyə etməkdən imtina edən 52 mülki şəxs də kənddə qalıb.

Hadisə zamanı Rusiya pilotsuz uçuş aparatları əsgərləri müşahidə edib, ukraynalılar isə onları kiçik silahlarla vurmağa çalışsalar da uğursuz olublar. Daha sonra Rusiya hərbi təyyarələri kəndə daxil olaraq əsgərləri əsir götürüb.

“Ərazinin bəzi hissələrinə Ukrayna, bəzi hissələrinə isə Rusiya nəzarət edir. Təəsüflə bildirirəm ki, bölgədə olan əsgərlərimiz əsir götürülüb”, – deyə o bildirib.

Zelenski həmçinin bildirib ki, Ukrayna Silahlı Qüvvələri dron və artilleriya ilə cavab verə bilərdi, lakin mülki şəxslərin təhlükəsizliyini nəzərə alaraq bunu etməməyi seçib.

Tahir Turan

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
67
globalinfo.az

1Mənbələr