AZ

Londonda sürücüsüz taksilər fəaliyyət göstərəcək

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Uber" və "Lyft" taksi aqreqatorları Çinin "Baidu" şirkəti ilə tərəfdaşlıq sazişi imzalayıblar. Razılaşmaya əsasən, üç şirkət Böyük Britaniyada sürücüsüz taksilərin test rejimində istifadəyə verilməsini planlaşdırır.

Oxu.Az xəbər verir ki, bu barədə CNBC nəşri məlumat yayıb.

London "Baidu"nun pilotsuz taksilərinin fəaliyyət göstərəcəyi ilk Avropa şəhəri olacaq. "Uber" və "Lyft" "Baidu"ya məxsus sürücüsüz avtomobillərlə sınaq səfərlərinə 2026-cı ildə başlamağı nəzərdə tutur.

Qeyd edək ki, Britaniya hökuməti bu ilin iyun ayında ölkə yollarında pilotsuz nəqliyyat vasitələrinin istifadəsini sürətləndirmək məqsədilə bir sıra tədbirlər elan edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
68
1
oxu.az

2Mənbələr