AZ

Zambiya futbol millisi ilə bağlı maraqlı FAKT

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Afrika millətlər kuboklarında Zambiya millisinin qapısına təyin edilmiş son beş penalti qola çevrilməyib.

Oxu.Az bu barədə "Sovsport" nəşrinə istinadən xəbər verir.

Dekabrın 22-də Afrika Kuboku-2025 çərçivəsində Mali və Zambiya yığmaları arasında oyun keçirilib - 1:1. Birinci hissədə malililər 11 metrlik cərimə zərbəsi qazanıblar, lakin yığmanın hücumçusu Bilal Ture penaltini dəqiq yerinə yetirə bilməyib.

Bu penalti Afrika millətlər kuboklarında Zambiya yığmasının qapısına ardıcıl olaraq vurulmayan beşinci 11 metrlik zərbə olub.

Afrika millətlər kuboklarında Zambiya millisinin qapısına vurulmayan penaltilər:

2012-ci il: Zambiya - Qana (1:0), Asamoa Qyan;

2012-ci il: Zambiya - Kot-d"İvuar (0:0, pen. 8:7), Didye Droqba;

2013-cü il: Zambiya - Efiopiya (1:1), Salahəddin Əhməd;

2013-cü il: Zambiya - Nigeriya (1:1), Con Obi Mikel;

2025-ci il: Mali - Zambiya (1:1), Bilal Ture.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
66
oxu.az

1Mənbələr