Bakı. Trend:
"Suriya Demokratik Qüvvələri" (SDQ) kürd koalisiyasınınkomandanlığı qüvvələrinə Hələbdəki hökumət mövqelərinə atəşidayandırmaq əmri verib.
Trend-inməlumatına görə, bu barədə "Ikhbariya" televiziya xəbər verib.
Məlumata əsasən, dekabrın 22-də SDQ və Suriya Müdafiə Nazirliyişimal paytaxtındakı vəziyyəti həll etmək üçün razılığa gəldilər.Suriya hakimiyyəti şəhərdə atəşkəs elan edib.
Bundan əvvəl, Liramun və Şeyxin dairələri yaxınlığında təmasxətti boyunca şiddətli atışmalar Əşrəfiyyə və Şeyx Məqsud kürdməhəllələrinə, eləcə də qonşu Şeyx Taha, Əl-Cəmiliya və Siryanşəhər ərazilərinə olub.