AZ

“Fulhem” “Nottingem Forest”i minimal hesabla məğlub edib - VİDEO

İngiltərə Premyer Liqasının 17-ci turunda “Fulhem” və “Nottingem Forest” arasında keçirilən oyun başa çatıb.

İdman.Biz xəbər verir ki, “Fulhem” 1:0 hesabı ilə qalib gəlib. Oyun Londondakı “Craven Cottage” stadionunda baş tutub.

Raul Ximenes matçın yeganə qolunu 45-ci dəqiqədə penaltidən vuraraq londonluların qələbəsini təmin edib.

Bu oyundan sonra “Fulhem” 23 xalla 13-cü, “Nottingem Forest” isə 18 xalla 17-ci yerdədir.

Növbəti turda “Fulhem” 27 dekabrda “Vest Hem Yunayted”lə, “Nottingem Forest” isə həmin gün “Mançester Siti” ilə qarşılaşacaq.

İdman.Biz
Seçilən
67
1
idman.biz

2Mənbələr