AZ

"Dövlət–QHT əməkdaşlığı gənc istedadların inkişafını gücləndirib" - QHT sədri

"İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyinin sədri Vüsalə Qələndərli (Sadıqova) QHT.az-a açıqlamasında 2025-ci ilin uşaqların və gənclərin inkişafı sahəsində mühüm yeniliklərlə yadda qaldığını bildirib.

Onun sözlərinə görə, 2025-ci ildə dövlət - QHT əməkdaşlığı daha da güclənib, regionlarda keçirilən tədbirlərin sayı artıb, istedadların erkən yaşda aşkar olunması və dəstəklənməsi istiqamətində ictimai maraq əhəmiyyətli dərəcədə yüksəlib. Bu proses gələcəkdə daha sağlam, yaradıcı və potensiallı bir nəslin formalaşmasına möhkəm zəmin yaradıb:

"

2025-ci ilin iyun-avqust ayları ərzində “İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyi tərəfindən həyata keçirilən və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunan “Parlaq Ulduzlar – Gənc İstedadların Tanıdılması” layihəsi çərçivəsində gənc istedadların iştirakı ilə muğam, rəqs, rəsm və instrumental musiqi üzrə bir-birindən maraqlı müsabiqələr təşkil olunub"

QHT sədri həmçinin bildirib ki, bu təşəbbüs sadəcə müsabiqələr silsiləsi deyil, ölkənin müxtəlif bölgələrində yaşayan yaradıcılıq qabiliyyətli uşaq və gənclərin cəmiyyətə tanıdılması, bacarıqlarının inkişaf etdirilməsi və onlara stimul verilməsi üçün yaradılmış möhtəşəm platforma oldu:

"İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyi gələcəyin yaradıcı gənclərini tanıtmaq və onlara yol açmaq üçün fəaliyyətini davam etdirir. Bu parlaq ulduzların işığı daim yansın! Dövlətimiz var olsun!"

Seçilən
47
qht.az

1Mənbələr