“Vəfa sosial problemlərin həllinə dəstək ictimai birliyi”nin rəhbəri Fatimə Hacıbəyli QHT.az- a açıqlamasında 2025-ci ilin vətəndaş cəmiyyəti üçün əsas xüsusiyyətlərini şərh edib.
Onun sözlərinə görə, 2025-ci il regional əməkdaşlığın genişlənməsi, ictimai həmrəyliyin güclənməsi və post-münaqişə dövründə fəallığın artması ilə yadda qalıb. Xüsusilə Xankəndində keçirilən forum və Türk dövlətlərinə üzv olan QHT-lərin həmrəylik görüşü vətəndaş cəmiyyətinin beynəlxalq və regional səviyyədə birgə fəaliyyət imkanlarını nümayiş etdirib:
"Bu tədbirlər vətəndaş cəmiyyətinin sülh, əməkdaşlıq və qarşılıqlı etimadın formalaşmasında mühüm rol oynadığını göstərdi. Ümumilikdə 2025-ci ili vətəndaş cəmiyyəti üçün strateji əhəmiyyət daşıyan və yeni mərhələnin əsasını qoyan il kimi qiymətləndirmək olar.
2025-ci il ərzində təşkilatımız gender bərabərliyinin təşviqinə yönəlmiş layihə həyata keçirdi. Layihənin əsas məqsədi cəmiyyətdə gender bərabərliyi ilə bağlı məlumatlılığın artırılması, bərabər hüquq və imkanların təşviqi, eləcə də bu mövzuda ictimai dialoqun gücləndirilməsi olub".