AZ

Quru sərhədlər açıla bilər

Azərbaycanda xüsusi karantin rejiminin müddətinin uzadılması yenidən quru sərhədlərlə bağlı məsələni gündəmə gətirib. Əksəriyyət sərhədlərin bayram ərəfəsində və ya 2026-cı ilin əvvəlində açılacağını gözləsə də, rəsmi qərar fərqli oldu.

Bəs müddət niyə uzadılır? 1 aprelədək və ya ondan sonrakı dövrdə quru sərhədlərin açılması mümkündürmü?

Publika.az xəbər verir ki, bu barədə Globalinfo.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov quru sərhədlərin bağlı qalmasının ciddi səbəbləri olduğunu deyib:

“Bunlar hamıya məlumdur və əsasən təhlükəsizlik məsələləri ilə bağlıdır. Eyni zamanda, müəyyən infeksion xəstəliklərin yayılması riski də nəzərə alınır. Digər tərəfdən, quru sərhədlərin bağlı qalması dövlətlər arasında gediş-gəlişi çətinləşdirir. Bu, xüsusilə Gürcüstanda yaşayan azərbaycanlılar üçün bəzi çətinliklər yaradır. Eyni vəziyyət Rusiya ilə sərhədlərə də aiddir. Türkiyə və İranla əlaqəli də müəyyən narazılıqlar mövcuddur. Lakin çətinliklərə baxmayaraq, əsas prioritet dövlətin və millətin təhlükəsizliyinin təmin olunmasıdır”.

Deputat bildirib ki, quru sərhədlərin qapalı qalması dövlət əhəmiyyətli məsələlərdən qaynaqlanır:

Seçilən
39
3
publika.az

4Mənbələr