Bakı. Trend:
Dahi Azərbaycan bəstəkarı, Türk dünyası musiqisinin zirvəsiÜzeyir Hacıbəylinin doğumunun 140 illik yubileyi Azərbaycanlayanaşı, bütün dünyada geniş qeyd olunmaqdadır.
Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, Üzeyir Hacıbəylinin 140illik yubileyi, onun zəngin irsinin təbliği məqsədi ilə AzərbaycanRespublikasının Mədəniyyət Nazirliyi, xarici ölkələrdəki AzərbaycanMədəniyyət Mərkəzləri ilə ortaq layihələr həyata keçirməkdədir.
Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin Ankara Musiqi vəGözəl Sənətlər Universiteti ilə birgə layihəsi əsasındaUniversitetin daxili küçəsinə dahi Üzeyir Hacıbəylinin adıverilib.
Bu gün,23 dekabr Ankara Musiqi və Gözəl Sənətlər Universitetiərazisində Üzeyir Hacıbəyli küçəsinin açılışı, habelə UniversitetdəAzərbaycan Mədəniyyət Mərkəzinin Üzeyir Hacıbəyli yaradıcılığınadair hazırladığı konsert proqramı təqdim olunacaq.