
Qazaxıstanın Almatı şəhərində yerləşən universitetlərdən birində şok hadisə yaşanıb – tələbə dərs zamanı professorun üzərinə bıçaqla hücum edib.21 dekabrda Qazaxıstanın Almatı şəhərində yerləşən universitetlərdən birində tələbə professorlardan birinə bıçaqla hücum edib. İlkin məlumata görə, hadisə birbaşa universitetin ərazisində baş verib və hücum zamanı adi mətbəx bıçağından istifadə olunub. Hadisə yerindən yayılan görüntülər sosial şəbəkələrdə geniş müzakirə edilir.Ulusum.az xəbər verir ki, Almata TV Newsa açıqlamasında Qazaxıstan Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Saltanat Əzirbek hadisə ilə bağlı rəsmi məlumat verərək bildirib ki, Lomodin rayon Polis İdarəsində cinayət işi başlanılıb. Onun sözlərinə görə, şübhəli şəxs isti izlərlə saxlanılaraq müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. Araşdırmalar davam etdirilir.Ulusum.az / R.Daşdəmirova
Diqqət Çəkənlər
"Katarina" kitabının təqdimatı və imza günü keçiriləcək
Qazaxıstanda körpü uçub VİDEO
Arzu Əliyeva "Harmoniya" sənədli filminin təqdimatında iştirak edib