AZ

Bədən temperaturu neçə dərəcə olmalıdır?

Redaktor.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bədənin temperaturunun kəskin şəkildə 35°C-dən aşağı enməsi sağlamlıq üçün ciddi fəsadlara, hətta ölümə səbəb ola bilər. Xüsusilə bu hal ürək-damar sistemi üçün böyük risk yaradır və infarkt, insult, eləcə də ürək ritminin pozulması ehtimalını artırır.

Redaktor.az xəbər verir ki, vu barədə “Gazeta.ru”ya Piroqov Universitetinin Daxili Xəstəliklərin Propedevtikası kafedrasının dosenti Elvira Xaçirova məlumat verib.

Həkimin sözlərinə görə, hipotermiya orqanizmin istiliyi istehsal etdiyindən daha sürətlə itirdiyi hallarda baş verir. Bu vəziyyət əsasən soyuq suya düşdükdə, uzun müddət şaxtada və ya güclü küləkli hava şəraitində açıq havada qalanda yaranır. Yorğunluq, həddindən artıq fiziki yüklənmə, alkoqol və narkotik maddələrin qəbulu da bədənin soyumasını sürətləndirən amillər sırasındadır.

Mütəxəssis bildirib ki, hipotermiyanın orqanizmə mənfi təsirinin əsas mexanizmi damarların spazmı və bədənin xarici qatlarında qan dövranının azalmasıdır. Bu, daxili orqanlarda qan dövranını qorumaq məqsədi daşısa da, ciddi risklər yaradır.

“Ürək temperatur dəyişikliklərinə qarşı xüsusilə həssasdır. Elektrik siqnallarında qəfil dəyişikliklər müxtəlif aritmiyalara səbəb ola bilər. Damar müqavimətinin artması isə ürəyə düşən yükü çoxaldır. Xroniki ürək-damar xəstəlikləri olan insanlarda bu vəziyyət infarkt və insultla nəticələnə bilər”, - deyə Elvira Xaçirova qeyd edib.

Həkimlər soyuq hava şəraitində düzgün geyinməyə, uzun müddət açıq havada qalmamağa və alkoqoldan uzaq durmağa çağırırlar.

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
56
2
redaktor.az

3Mənbələr