AZ

Azərbaycanın məşhur alimi vəfat etdi

Azərbaycanın məşhur alimi, fizika-riyaziyyat elmləri doktoru, professor Fikrət İsayev vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə "Yeni Sabah"a onun yaxınları məlumat verib.

F.İsayev 90 yaşında dünyasını dəyişib.

Professor Azərbaycan Tibb Universitetində çalışırdı.

Qeyd edək ki, Fikrət İsayev 1935-ci ildə Ağsu rayonunun Dilman kəndində anadan olub. M.Ə.Sabir adına Şamaxı Pedaqoji Texnikumunu və N.Tusi adına ADPU-nin fizika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunun aspirantı olub (1956-1959).

Seçilən
46
3
publika.az

10Mənbələr