AZ

İş yerində stres “həftəsonu soyuqdəyməsi” yaradır – Alimlərdən XƏBƏRDARLIQ

İş yerində stres “həftəsonu soyuqdəyməsi” yaradır.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Gərgin iş rejimindən ani istirahətə keçid orqanizmdə xəstəlikləri üzə çıxarır.

Məlumata görə, alimlər işdəki stresin “həftəsonu soyuqdəyməsi”nə səbəb ola biləcəyini müəyyən ediblər.

Tədqiqatçılar bildirir ki, daimi gərginlikdən bayram və ya istirahət günlərindəki ani boşalmaya (relaksasiyaya) keçid zamanı orqanizm “sönür” və insan xəstələnir.

Qeyd olunur ki, işdəki “dedlayn”lar (son möhlətlər) zamanı insan stres simptomlarını və kəskin respirator virus infeksiyalarının (KRVİ) ilk əlamətlərini görməzdən gəlir.

Xəstəlik isə sadəcə “uyğun məqamı” – yəni istirahət vaxtını gözləyir və həmin an üzə çıxır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
51
interpress.az

1Mənbələr