AZ

Kəşfiyyat məlumat ötürdü: ABŞ daha bir gəmini vurdu

ABŞ ordusu narkotik daşıdığı iddia edilən daha bir gəmiyə zərbə endirib.

Publika.az xəbər veri ki, bu barədə ABŞ Cənub Komandanlığı məlumat yayıb. Bildirilir ki, gəmiyə Sakit Okeanın şərqindəki beynəlxalq sularda hücum edilib.

ABŞ hərbi komandanlığı hücumun kəşfiyyat məlumatlarına əsasən həyata keçirildiyini qeyd edib. İddialara görə, gizli gəmi narkotik qaçaqmalçılığı marşrutu ilə hərəkət edirmiş və narkotik kartelləri tərəfindən istifadə olunurmuş.

Bir nəfərin həlak olduğu bildirilir. Zərbə əmrini ABŞ müdafiə naziri Pit Heqset verib.

Seçilən
19
publika.az

1Mənbələr