AZ

Əzəli rəqiblər Marko Yankoviç üçün yarışır 

“Qarabağ”ın futbolçusu Marko Yankoviç qış transfer pəncərəsində komandadan ayrılmağa yaxın ola bilər.

İdmanxeber.az-ın məlumatına görə, monteneqrolu yarımmüdafiəçi ilə Yunanıstan nəhəngləri maraqlanır. Belə ki, Yankoviç “Olimpiakos” və “Panatinaikos”un diqqət mərkəzindədir.

İki klub da təcrübəli futbolçunu heyətinə cəlb etmək istəyir.

Qeyd edək ki, Marko Yankoviç cari mövsüm “Qarabağ” forması ilə bütün turnirlərdə 20 oyun keçirib və 4 qol vurub, 2 assist edib.

Seçilən
32
idmanxeber.az

1Mənbələr