AZ

Azərbaycan-Türkiyə İnvestisiya Forumu işgüzar əlaqələrin genişləndirilməsi üçün mühüm platformadır - Baş nazir

Bakı. Trend:

Artıq ikinci dəfə təşkil olunan Azərbaycan-Türkiyə İnvestisiyaForumu hökumət və biznes dairələri arasında açıq və səmərəlidialoqun qurulması, yeni layihələrin müzakirəsi və işgüzarəlaqələrin genişləndirilməsi üçün mühüm platformadır.

Trend xəbərverir ki, bunu Baş nazir Əli Əsədov Bakıda keçirilən IIAzərbaycan–Türkiyə İnvestisiya Forumunda deyib.

"Ümidvaram ki, Forum çərçivəsində aparılacaq müzakirələr konkretinvestisiya təşəbbüslərinə və uzunmüddətli əməkdaşlıq layihələrinəyol açacaq.

Dünən dəyərli qardaşım Cevdet Yılmazla biz Birgə HökumətlərarasıKomissiyanın 12-ci iclasını çox uğurla keçirdik. Ticarət-iqtisadiəlaqələrimizin gündəliyində duran aktual məsələləri müzakirə etdik,qarşılıqlı prioritet təşkil edən sahələrdə əməkdaşlıqperspektivlərini nəzərdən keçirdik.

Bu gün isə hər iki ölkənin biznes dairələrinin nümayəndələri iləgörüşmək üçün bir araya gəlmişik. Ümidvarıq ki, bugünkü görüşbiznes cəmiyyətlərimiz üçün faydalı olacaq, ölkələrimiz tərəfindənyeni konkret birgə investisiya təşəbbüslərinin reallaşdırılmasınatəkan verəck", - Baş nazir vurğulayıb.

Seçilən
63
11
az.trend.az

10Mənbələr