AZ

Azərbaycan–Türkiyə münasibətləri sarsılmaz qardaşlıq, strateji tərəfdaşlıq və müttəfiqlik prinsiplərinə əsaslanır - Baş nazir

Bakı. Trend:

Azərbaycan–Türkiyə münasibətləri sarsılmaz qardaşlıq, stratejitərəfdaşlıq və müttəfiqlik prinsiplərinə əsaslanır.

Trend xəbərverir ki, bunu Baş nazir Əli Əsədov Bakıda keçirilən IIAzərbaycan–Türkiyə İnvestisiya Forumunda deyib.

Baş nazir bildirib ki, prezidentlərimiz cənab İlham Əliyev vəcənab Rəcəb Tayyib Ərdoğan arasında mövcud olan yüksək səviyyəlisiyasi dialoq və qarşılıqlı etimad iqtisadi əməkdaşlığımızındavamlı inkişafı üçün möhkəm zəmin yaradıb:

"Məmnunluqla qeyd etmək istəyirəm ki, Türkiyə Azərbaycanın vacibticarət tərəfdaşıdır. Bu gün iqtisadi-ticarət əlaqələriningenişləndirilməsi prioritet istiqamətlərimizdən biridir. Bu prosesəPreferensial Ticarət Sazişi çərçivəsində güzəşt tətbiq edilənməhsulların sayının artırılması, eləcə də 2023-cü ildə Türkiyədəfəaliyyətə başlayan ticarət nümayəndəliyimiz töhfə verir.İnvestisiya əməkdaşlığımız yaxşı dinamika nümayiş etdirir".

Seçilən
34
1
az.trend.az

2Mənbələr