
Rusiyanın Ukraynaya qarşı müharibəsi,çox güman ki, gələn il başa çatacaq və bu, Kiyev üçün son dərəcə əlverişsiz şərtlərlə baş verəcək.
Missiya.Az xəbər verir ki, bu barədə "Politico" qəzetinin köşə yazarı Ceymi Dettmer yazı dərc edib.
Onun fikrincə, belə tutqun proqnoz əsasən Avropa İttifaqının (Aİ) Ukraynanın ödəmə qabiliyyətini və hərbi əməliyyatları maliyyələşdirmək qabiliyyətini təmin etmək üçün dondurulmuş 210 milyard avroluq aktivlərdən istifadə barədə razılığa gələ bilməməsi ilə bağlıdır.
"Əsasən Belçikadakı klirinq bankında dondurulmuş Rusiya aktivlərindən istifadəni nəzərdə tutan təzminat krediti təklifinin uğursuzluğu Ukraynanı növbəti iki il üçün zəmanətli maliyyələşdirmədən məhrum edir", - deyə jurnalist vurğulayıb.
Dettmer qeyd edib ki, Aİ yenə də Ukraynaya Avropa İttifaqının büdcəsi ilə təmin edilən 90 milyard avroluq əhəmiyyətli maliyyələşdirmə paketi təqdim edəcək: “Lakin bu, gələn ilin əvvəlində maliyyə çatışmazlığının qarşısını alsa da, paket iki il üçün nəzərdə tutulub və bu, Ukraynanın mübarizəsini davam etdirmək üçün kifayət etməyəcək”, - deyə jurnalist əlavə edib.
Daşqın HəsənovMissiya.Az