Pekin, 23 dekabr, AZƏRTAC
Cənubi Koreyanın “INNOSPACE” şirkətinə məxsus özəl daşıycı raketin ilk buraxılışı uğursuz olub.
AZƏRTAC Cənubi Koreya mediasına istinadla xəbər verir ki, yerli vaxla dekabrın 22-də axşam saat 22:13-də (Bakı vaxtı ilə 23 dekabr, saat 5:13) Braziliyanın Alkantara Kosmos Mərkəzindən "Hanbit-Nano" adlı raketin buraxlışına start verilib. Buraxılışdan təxminən 30 saniyə sonra raketdə anormallıq baş verib və o, təhlükəsiz zonada yerə çırpılıb.
Şirkət hadisə ilə əlaqədar açıqlama yaymayıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin