AZ

Tramp Maduronun istefasını "məqbul" adlandırıb

ABŞ lideri Donald Tramp Venesuela Prezidenti Nikolas Maduronun istefa verməsinin məqsədəuyğun olacağını bildirib. 

Missiya.Az xəbər verir ki, o, Maduronun sərt mövqe nümayiş etdirməsinin ciddi nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Tramp ABŞ-nin Maduronu hakimiyyətdən uzaqlaşdırmaq niyyəti ilə bağlı suala cavabında bunun mümkün olduğunu deyib və əlavə edib ki, növbəti addımlar Venesuela liderinin davranışından asılı olacaq.

Tramp Venesuela sahillərində saxlanılan neft tankerlərindəki neftin ABŞ-nin strateji ehtiyatları üçün istifadə oluna biləcəyini də bildirib.

Buna cavab olaraq isə Nikolas Maduro qeyd edib ki, digər ölkələr Venesuelanın daxili işlərinə qarışmamalıdır.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
26
missiya.az

1Mənbələr